Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:01

«Vaşinqton Moskvanı hələ də strateji tərəfdaş hesab edir»


«İndiki vəziyyəti «soyuq müharibə» dövrü ilə müqayisə etmək olmaz»

«İndiki vəziyyəti «soyuq müharibə» dövrü ilə müqayisə etmək olmaz»

Amerika Birləşmiş Ştatlarının Müdafiə naziri Robert Geyts «Azadlıq» radiosuna eksklüziv müsahibəsində deyib ki, artan gərginliyə baxmayaraq, Vaşinqton Moskvanı özünə hələ də strateji tərəfdaş hesab edir:


«Əks fikir sübuta yetməyənə kimi, biz Rusiyanı özümüzə strateji tərəfdaş bilməliyik. Biz çoxlu nitqlər eşitmişik, amma hələlik Rusiya heç bir addım atmayıb ki, geriyə yolu olmasın».


Geyts bunları Rusiyanın qəti etirazına səbəb olan ABŞ-ın Raket Əleyhinə Müdafiə Sistemini Polşa və Çexiyada yerləşdirmək planlarını müzakirə etmək məqsədilə ziyarət etdiyi Praqada deyib.


O, Çexiyanın Baş naziri Mirek Topolaneklə danışıqlarından sonra deyib ki, Vaşinqtonda yalnız İranın raket təhlükəsi qəti şəkildə sübut edildikdən sonra müdafiə sistemini işə salmağın mümkünlüyü nəzərdən keçirilir.


Robert Geyts bildirib ki, İranın nüvə təhlükəsi, Kosovoya müstəqillik və Raket Əleyhimə Müdafiə Sistemi kimi ABŞ-Rusiya münasibətlərində gərginliyə səbəb olan məsələlərə baxmayaraq, indiki vəziyyəti «soyuq müharibə» dövrünün qlobal nüvə qarşıdurması ilə müqayisə etmək olmaz.


Geyts deyib ki, ABŞ-Rusiya münasibətləri Gürcüstanın NATO-ya üzv olmaq səyləri kimi gərginlik yaradan məsələlərdən asılı olmamalı və qətiyyən alver obyektinə çevrilməməlidir.


Robert Geyts: «Zənn etmirəm ki, belə məsələləri bütövlükdə qarşılıqlı münasibətlərlə əlaqələndirmək doğru olar. Belə məsələlərə, başqa ölkənin NATO-ya üzvlüyünə fərdi və əhəmiyyətinə uyğun şəkildə qiymət vermək gərəkdir. Məncə, onları başqa məsələlərlə əlaqələndirmək olmaz. Şəxsən mən bunu etməzdim».


Günün bütün mövzuları

XS
SM
MD
LG