Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:43

«2008-ci il prezident seçkiləri demokratiyanın inkişafının göstəricisi olacaq»


ABŞ səfirliyi ATƏT və digər beynəlxalq institututlarla birlikdə 2008-ci il prezident seçkilərinin demokratikliyinin təmin edilməsi üçün Azərbaycan hökuməti və vətəndaş cəmiyyəti ilə sıx işləyir».

Bu barədə ABŞ-ın Bakıdakı səfiri Enn Ders «Turan»ın müxbirinin xahişi ilə Seçki Məcəlləsinin və sərbəst toplaşmaq azadlığı haqqında qanunun təkmilləşdirilməsi sahəsində vəziyyəti şərh edərkən bildirib. O, seçkilərin beynəlxalq demokratik standartlara uyğun keçirilməsinin vacibliyini qeyd edib.

Səfirin fikrincə, bu, ölkədə demokratiyanın inkişafının göstəricisi olacaq. Onun sözlərinə görə, ABŞ Azərbaycan xalqını və dövlətini demokratiya yolunda dəstəkləyir. Səfir hesab edir ki, Azərbaycan regionun inkişaf etmiş dövlətlərindən biri olmaq imkanına malikdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG