Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:25

Bundan sonra qəbiristanlıqlara bələdiyyələr nəzarət və xidmət edəcəklər


Bundan sonra qəbiristanlıqlara bələdiyyələr nəzarət və xidmət edəcəklər. Bələdiyyələr həmçinin aztəminatlı ailələrin yas mərasimi xərclərini də çəkəcəklər. Bununla bağlı xərclər bələdiyyə büdcələrində ayrıca bəndlə göstəriləcək.


Oktyabrın 23-də Milli Məclis bu barədə bələdiyyə qanunlarına dəyişikliklər edib.


«Bələdiyyələrin statusu» və «Bələdiyyələrin maliyyələşdirilməsinin əsasları» haqqında qanunlara edilən dəyişikliklər də bələdiyyələrə öz torpaqlarının alqı-satqısında hərraclar və müsabiqələr keçirməyə imkan verir.


Günün bütün mövzuları

XS
SM
MD
LG