Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:53

Praqada GUAM-ın 10 yaşı qeyd edilib


Ekspertlər GUAM-ın gələcək perspektivlərini müsbət qiymətləndirdiklərini bildirirlər

Ekspertlər GUAM-ın gələcək perspektivlərini müsbət qiymətləndirdiklərini bildirirlər

Çexiyanın paytaxtı Praqada GUAM təşkilatının yaradılmasının 10 illiyi münasibətilə mərasim keçirilib. «Redisson SAS Alcron» otelindəki mərasim hazırda təşkilata sədrlik edən Azərbaycan, eləcə də Gürcüstan, Ukrayna və Moldovanın Çexiyadakı diplomatik korpusları tərəfindən təşkil edilib. Tədbirə bir sıra qonaqlar, o cümlədən Çexiyanın Xarici İşlər naziri Karel Şvartsenberq də qatılıb. Cənab Şvartsenberq «Azadlıq» radiosuna açıqlamasında GUAM-ın gələcək perspektivlərini müsbət qiymətləndirdiyini deyib.


Azərbaycanın Çexiyadakı səfiri Tahir Tağızadə isə deyib ki, GUAM dinamik inkişaf edir, indi «GUAM+» formatı üzrə təşkilatın əlaqələri genişlənir: «Hazırda GUAM-Amerika, GUAM-Yaponiya, GUAM-Polşa qrupları fəaliyyət göstərir. Məncə, belə qrupların sayı artacaq və bu, GUAM-ın beynəlxalq əhəmiyyətinin artmasına heç də təşkilata yeni üzvlərin daxil olmasından zəif stimul verməyəcək».


Tahir Tağızadə deyib ki, GUAM beynəlxalq təhlükəsizliyə töhfə vermək missiyasını uğurla həyata keçirir: «Bunun vacib komponentlərindən biri də beynəlxalq enerji təhlükəsizliyinə yardım etməkdi. Biz bunun konkret nəticəsini çox uzaq olmayan perspektivdə görəcəyik. Dünya bazarlarına enerji məhsullarının çatdırılması yollarının müxtəlifləşdirilməsi beynəlxalq enerji təhlükəsizliyi baxımından vacibdi. Bu baxımdan GUAM ölkələrinin Odessa-Brodı layihəsini gerçəkləşdirməsi böyük töhfə ola bilər».


Günün bütün mövzuları

XS
SM
MD
LG