Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:51

Vəzifəli şəxslər öz gəlirləri barədə yazılı hesabat verəcəklər


Korrupsiyaya qarşı mübarizə haqqında qanunvericilik aktlarına dəyişikliklər müzakirə edilir

Korrupsiyaya qarşı mübarizə haqqında qanunvericilik aktlarına dəyişikliklər müzakirə edilir

«Biz deputatlar öz gəlirlərimiz barədə məlumat verməliyik və bu qəzetdə dərc olunmalıdır. Qoy hamı bilsin»- millət vəkili Pənah Hüseyn Milli Məclisin iclasında belə deyib. Oktyabrın 23-də parlament korrupsiyaya qarşı mübarizə haqqında qanunvericilik aktlarına əlavə və dəyişiklikləri müzakirə edib.


Hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının sədri Əli Hüseynov deyib ki, yaxın vaxtlarda vəzifəli şəxslər öz gəlirləri barədə yazılı hesabat verəcəklər.


«Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatlar təqdim olunması ilə bağlı qanun qəbul etmişik. Prezident də onun icrası ilə bağlı fərman verib. İndi buna müvafiq olaraq Nazirlər Kabineti gəlir bəyannaməsinin formasını hazırlayıb və yaxın vaxtlarda təsdiq etməlidir».


Günün bütün mövzuları

XS
SM
MD
LG