Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:40

Polis avtomobillərdən pərdə və plyonkaları sökməyə başlayıb


Oktyabrın 25-dək standartlara cavab verməyən avtomobillərin istismarı qadağan edilir

Oktyabrın 25-dək standartlara cavab verməyən avtomobillərin istismarı qadağan edilir

Oktyabrın 23-də səhər saatlarından başlayaraq, Bakı şəhər Dövlət Yol Polisi əməkdaşları avtomobillərdən pərdə və plyonkaları sökməyə başlayıb. Polisdən xəbərdarlıq edirlər ki, oktyabrın 25-dək standartlara cavab verməyən belə avtomobillərin istismarı qadağan edilir.


Bakı BPİ-nin Dövlət Yol Polisinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədovun sözlərinə görə, hazırda yol polisinin bütün əməkdaşları paytaxt yollarında şüşələri standart vəziyyətdə olmayan avtomobillərin şüşələrinin standart vəziyyətə gətirilməsi və ümumilikdə yol hərəkətinin təhlükəsizliyinin təmin olunması ilə məşğul olur.


Prezident İlham Əliyev dünən keçirdiyi müşavirədə bu barədə xəbərdarlıq edib: «Avtomobillərdə tünd şüşələr arxasında onlar kimdən gizlənir, nədən qorxurlar? Xalqdan? Deməli, onların problemləri var. Qanunlara tabe olmaq lazımdır. Bu avtomobil sahiblərinin həbsinə qədər ciddi tədbirlər görməyi tələb edirəm».


Günün bütün mövzuları

XS
SM
MD
LG