Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 14:55

Jurnalist yoxa çıxıb


Aprelin 5-də «Azadlıq» radiosunun İraqdakı müxbiri Xameyil Xələfin cəsədi tapılmışdı

Aprelin 5-də «Azadlıq» radiosunun İraqdakı müxbiri Xameyil Xələfin cəsədi tapılmışdı

«Azad Avropa-Azadlıq» radiosunun Bağdaddakı qadın müxbirinin yoxa çıxdığı bildirilir.

Oktyabrın 22-də müsahibə almağa gedən «Azadlıq» radiosunun İraq xidmətinin müxbiri mənzil başına çatmayıb. Polis onun sürücüsünün küçədə güllələnmiş cəsədini tapıb. Maşın və müxbirin harada olduğu məlum deyil.

«Azad Avropa-Azadlıq» radiosunun prezidenti Cefri Qedmin xəbərdən dərin narahatlıq bildirib. O, deyib: «Azadlıq» radiosu hazırda bütün diqqətini əməkdaşı ilə nə baş verdiyini ayırd etməyə yönəldib. Biz İraq rəhbərliyi ilə işləyir, jurnalistin dostları və ailəsi ilə daima əlaqə saxlayırıq».


Cənab Qedmin onu da deyib ki, onlar jurnalistin sağ-salamat geri qayıdacağına ümid bəsləyirlər.


Günün bütün mövzuları

XS
SM
MD
LG