Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:24

Rasim Muradov 8 il müddətinə azadlıqdan məhrum edilib


Oktyabrın 22-də Ağır Hərbi Cinayətlərə Dair İşlər üzrə Məhkəmə rüşvət almada ittiham olunan polkovnik-leytenant Rasim Muradova hökm çıxarıb.


«Turan»ın məlumatına görə, məhkəmə cəzasını ümumi rejimli kolonda çəkməklə onu səkkiz il azadlıqdan məhrum etmə cəzasına məhkum edib. Hökmlə həmçinin Rasim Muradov hərbi rütbədən məhrum edilib.


Rasim Muradov bu il iyulun 23-də Müdafiə Nazirliyini uzun müddət korrupsiyada ittiham etdikdən sonra həbs edilib. Xüsusilə, söhbət Muradovun komandir müavini olduğu sülhməramlı batalyondakı pul yığımından gedib. Əvvəlcə o, zabit vəzifəsindən çıxarılıb və Naxçıvana göndərilb. Sonra isə Muradovu rüşvət alma ittihamı ilə həbs ediblər.


Günün bütün mövzuları

XS
SM
MD
LG