Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 06:20

Gürcüstanda Kambociya gəmisində yeddi Azərbaycan vətəndaşı saxlanılıb


Gürcüstan sərhədçiləri Qara dənizdə Kambociya bayrağı altında üzən «Jezabel 2» gəmisini saxlayıblar. Gürcüstanın sərhəd polisindən «Trend»ə verilən məlumata görə, gəmi Gürcüstanın su məkanını pozduğu və Oçamçira abxaz limanına razılaşdırılma olmadan daxil olduğuna görə saxlanılıb.


Sərhəd xidmətinin verdiyi məlumata görə, Oçamçirada «Jezabel 2» gəmisinə qaçaqmalçılıq yolu ilə 1800 ton kömür yüklənildikdən sonra, gəmi Soçi (Rusiya) limanı istiqamətinə yönəlib. Bu barədə məlumat rus sərhədçilərinə çatdırılsa da, Kambociya gəmisi Soçiyə çatmamış istiqamətini dəyişərək, Türkiyəyə istiqamət alıb.


Gürcüstan tərəfinin həyata keçirdiyi xüsusi əməliyat nəticəsində, «Jezabel 2» gəmisi bütün beynəlxalq dəmnizçilik normalarına uyğun olaraq, Rusiyanın iqtisadi zonasında saxlanılıb. Gəminin göyərtəsində 14 nəfər - 7 Azərbaycan, 6 Ukrayna vətəndaşı olub. Gəminin kapitanı isə Rusiya vətəndaşıdır.


Kamboca gəmisinin saxlanılmasına sahil mühafizə gəmisi və iki kater cəlb olunub. Əməliyyat Poti limanından 145 mil məsafədə, Rusiya iqtisadi sularında aparılıb və 62 saat davam edib. «Jezabel 2» gəmisi Poti limanına gətirilib və fakt üzrə Gürcüstanın sərhədini qeyri-qanuni keçmə, qaçaqmalı daşıma və beynəlxalq dənizçilik qaydalarının pozulması maddələri ilə cinayət işi qaldırılıb.


Gəmi kapitanını 3 ildən 5 ilədək, heyət üzvlərini isə 2 ildən 4 ilədək həbs cəzası gözləyir. Mövcud qanunvericiliyə görə, qaçaqmalı müsadirə ediləcək, gəmi sahibinə 50 min lari cərimə tətbiq olunacaq.


XS
SM
MD
LG