Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:49

Eynulla Fətullayev Elmar Məmmədyarov və Əli Abbasovun məhkəmədə ifadə verməsini istəyir


Oktyabrın 22-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə «Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin təsisçi və baş redaktoru Eynulla Fətullayevin məhkəməsi şahid ifadələriylə davam edib. Vəkil İsaxan Aşurov bildirib ki, Eynulla Fətullayev Xarici İşlər naziri Elmar Məmmədyarovun və Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasovun məhkəməyə gəlib ifadə vermələri üçün vəsatət qaldırıb.


Jurnalist bildirib ki, onun tələbi «Realnı Azerbaydjan» qəzetində dərc olunan «Əliyevlər müharibəyə gedir» məqaləsi ilə bağlı nazirin və Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun Milli Təhlükəsizlik Nazirliyinə müraciətlə bağlıdır. Fətullayev bildirib ki, istintaq və məhkəmə olmadan həmin məktubda məqaləyə qiymət verilib, qeyd olunub ki, guya həmin yazıda terrora çağırış var. Bu səbəbdən də Əli Abbasov fikirlərini əsaslandırmalıdır.


Məhkəmə vəsatəti təmin etməyib.


Eynulla Fətullayev terrora çağırış, milli ədavəti qızışdırmaq və vergidən yayınmada ittiham olunur.


Proses oktyabrın 25-də davam edəcək.


XS
SM
MD
LG