Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:31

Həbsdə saxlanılan 7 fəalla görüş icazəsi verilmir


«Amnesty International» bu fəalların həbsinə dəfələrlə etiraz edib
«Amnesty International» bu fəalların həbsinə dəfələrlə etiraz edib

Təxminən beş ay bundan əvvəl Zəncan şəhərinin ETTELAAT idarəsi tərəfindən nəzarət altına alınan jurnalist və insan haqları müdafiəçisi Səid Mətinpur, Cəlil Qənilu və Bəhruz Səfəri bu günə qədər vəkil və ya ailə üzvləri ilə görüşməkdən məhrum ediliblər.


«Savalan Səsi» saytının oktyabrın 21-də yaydığı məlumata əsasən sözü gedən fəalların səhhəti təhlükə qarşısındadır.


Avqustun 18-də gecə saatlarında gizli şəkildə nəzarət altına alınıb, Tehranın Evin zindanına aparılan hüquq müdafiəçisi Saleh Kamrani və universitet müəllimi mühəndis Abdullah Abbasi Cavan da bu günə qədər həbsxana xaricində kimsə ilə əlaqə saxlaya bilməyiblər.


Bu iki fəal Tehranın Evin həbsxanasının ETTELAAT-ın istintaq mərkəzi sayılan 209-u bölümündə saxlanır.


Eyni zamanda Səid Mətinpurun qardaşı Əlirza Mətinpur və Bəhruz Səfərinin həyat yoldaşı Leyla Heydəri avqustun 26-da Zəncanda həbs edilən gündən bəri ailə üzvləri və ya vəkillə görüşə bilməyiblər.


Adları çəkilən 7 fəalın telefon söhbətinə belə icazə verilmir. Onlara qarşı irəli sürülən ittihamların nədən ibarət olduğu və nə zaman mühakimə ediləcəkləri bilinmir.


İranda qeyri rəsmi şəkildə fəaliyyət göstərən hüquq müdafiəçiləri və beynəlxalq insan hüquqları təşkilatı «Amnesty International» bu fəalların ağır işgəncə edildiyinə inanır və onların məhkəməsiz həbs edilməsinə dəfələrlə etiraz edib.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG