Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:25

«Bizi narahat edən inflyasiya təxminən 16 faiz səviyyəsindədir»


«Əlbəttə, bu, bizi çox narahat edir»

«Əlbəttə, bu, bizi çox narahat edir»

«Bizi narahat edən inflyasiya təxminən 16 faiz səviyyəsindədir. Ərzaq məhsullarının bahalaşması isə 15 faiz həddindədir». AzərTAc-ın məlumatına görə, oktyabrın 22-də Nazirlər Kabinetində 2007-ci ilin doqquz ayında sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclasda prezident İlham Əliyev belə deyib: «Əlbəttə, bu, bizi çox narahat edir və çalışacağıq ki, inflyasiyanın səviyyəsini maksimum dərəcədə aşağı salaq».


Ölkə başçısının sözlərinə görə, inflyasiyaya təkan verən kifayət qədər obyektiv səbəblər var: «Dünyada neftin qiymətlərinin artması, eyni zamanda, Azərbaycana idxal edilən məhsulların, malların bahalaşması. Əgər MDB məkanına nəzər salsaq görərik ki, o ölkələrdə də inflyasiya çox yüksək sürətlə davam edir. Hətta bəzi ölkələrdə son bir neçə ay ərzində ərzaq məhsulları 40-50 faiz bahalaşıb. Əlbəttə, bu, o demək deyil ki, biz də bu vəziyyətlə barışaq».


Cənab Əliyev deyib, ki, bu məsələdə subyektiv səbəblər də öz mənfi təsirini göstərir: «Bununla bərabər, subyektiv səbəblər var və biz də bunları aradan qaldırmağa çalışmalıyıq, bunu etməliyik. Xüsusilə inhisarçılıq, qeyri-sağlam rəqabət və onun nəticəsi olan qiymətlərin bahalaşması».


Prezident əhalinin pul gəlirlərinin 9 ayda təxminən 40 faiz artdığını bildirib: «Azərbaycanda həyat səviyyəsi qalxır, yoxsulların sayı azalır».


Ölkə başçısı hazırda Azərbaycanın valyuta ehtiyatlarının 6,3 milyard dollar səviyyəsində olduğunu bildirib: «Bu, çox böyük məbləğdir və bizə imkan yaradır ki, dünyada baş verə biləcək hər hansı xoşagəlməz hadisə, yaxud da iqtisadi böhran Azərbaycana öz təsirini göstərməsin».


O, 2008-ci ildə dövlət büdcəsinin xərclərinin 10 milyard dollar təşkil edəcəyini, icmal büdcənin isə 12 milyard dollar olacağını bildirib.


Günün bütün mövzuları

XS
SM
MD
LG