Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:24

Naxçıvan aeroportunda yenidən gərginlik yaranıb


Sərnişinlər bildiriblər ki, dövlət qiyməti 16 manat olan biletlər 50-70 manata satılır
Sərnişinlər bildiriblər ki, dövlət qiyməti 16 manat olan biletlər 50-70 manata satılır

Artıq üç gündür ki, Naxçıvan aeroportunda iki mindən çox adam bilet ala bilmir. Hava limanında gecələyən Muxtar Respublika sakinləri hadisə yerində olan «Azadlıq» radiosunun müxbirinə bildiriblər ki, təyyarələrin qrafikində hər hansı dəyişiklik yoxdur. Hər gün nəzərdə tutulmuş 6 təyyarə uçur və hətta əlavə reys də açılıb.


Sərnişinlər bildiriblər ki, dövlət qiyməti 16 manat olan biletlər 50-70 manata satılır.


Hava limanındakı hər iki kassanın qabağında yüzlərlə insan toplaşıb.


Naxçıvan şəhər kassasından isə artıq 15 gün sonraya bilet satqılarını bildiriblər. Sabahkı reyslərə də biletlər qurtarıb.


MR hava limanındakı gərginliyə məsul şəxslərin münasibətini öyrənmək mümkün olmayıb.


Aeroportda reportaj hazırlayarkən «Azadlıq» radiosunun müxbiri polisin təzyiqinə məruz qalıb. Onun fotoaparatını almağa cəhd ediblər. Yalnız sərnişinlərin müdaxiləsindən sonra jurnalist işini davam etdirə bilib, amma şəkil çəkməyə icazə verilməyib.


XS
SM
MD
LG