Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:05

«Azərbaycan PKK ilə mübarizədə Türkiyənin yanındadır»


«Azərbaycanın özünün hansısa təşkilatı terrorçu kimi tanımaq təcrübəsi yoxdur»

«Azərbaycanın özünün hansısa təşkilatı terrorçu kimi tanımaq təcrübəsi yoxdur»

Azərbaycan bütün məsələlərdə olduğu kimi, PKK ilə mübarizədə də Türkiyənin yanındadır. Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim oktyabrın 22-də keçirdiyi ənənəvi mətbuat konfransında bəyan edib.


Ötən həftə Türkiyə parlamenti ölkənin silahlı qüvvələrinə PKK kürd terrorçu təşkilatı ilə mübarizə aparmaq üçün İraqın şimalına daxil olmağa icazə verib.


Xəzər İbrahim deyir ki, parlamentin qərarı Ankaraya aid olsa da, Azərbaycan həmişə Türkiyənin yanında olub.


XİN rəsmisi: «Biz Türkiyə ilə müttəfiqik və müxtəlif məsələlərdə geniş çeşidli müzakirələr aparırıq. Türkiyə həmişə Azərbaycana dəstək göstərib və bu qarşılıqlıdır».


X.İbrahim diqqəti buna yönəldib ki, kürd təşkilatı olan PKK müxtəlif dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən təhlükə mənbəyi kimi tanınıb və «Azərbaycan da terrorun təhdidlərini gözəl başa düşür».


«Azərbaycanın özünün hansısa təşkilatı terrorçu kimi tanımaq təcrübəsi yoxdur. Biz sadəcə elan edirik ki, hansısa təşkilat terrorçudur və ona qarşı mübarizə aparırıq».


Günün bütün mövzuları

XS
SM
MD
LG