Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:57

«Bizim Yol» qəzetinin əməkdaşının həbs müddəti daha üç ay uzadılıb


Nəsimi rayon Məhkəməsi «Bizim Yol» qəzetinin əməkdaşı, jurnalist Müşfiq Hüseynovun həbs müdətini daha üç ay uzadıb.


Bu haqda jurnalistin vəkili Vüqar Xasayev məlumat verib. Məhkəmə prosesi vəkilin iştirakı olmadan keçirilib. Vüqar Xasayev bunu qanunsuz sayır və deyir ki, həbs müddətinin uzadılmasına heç bir ehtiyac yox idi.


«Mənə məhkəmə haqqında rəsmi məlumat verilməmişdi. Məhkəmənin mənim iştirakım olmadan keçirilməsi qanunsuzdur. Hələ onun həbs müddəti oktyabrın 24-də bitəcəkdi, gözləyə bilərdilər. Uzadılma özü də əsassızdır, buna heç bir zərurət yox idi. Çünki iş üzrə bütün istintaq hərəkətləri aparılmışdı».


Müşfiq Hüseynov bu il iyulun 24-də rüşvət alma maddəsi ilə həbs olunub. Jurnalist özüsə həbsini sifarişli sayır.


XS
SM
MD
LG