Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:53

Bakının Komsomol dairəsində yol çöküb


Yol yeni tikilən binanın bünövrəsinin üstünə çöküb

Yol yeni tikilən binanın bünövrəsinin üstünə çöküb


APA-nın hadisə yerində olan əməkdaşının məlumatına görə, içməli su borusunun partlaması nəticəsində böyük həcmli su yığımı bina tikintisi üçün qazılan bünövrəyə dolub. Hadisə yerinə Dövlət Yol Polisi İdarəsinin əməkdaşları gəlib, ərazi nəzarətə götürülüb.


«Akkord» Şirkətlər Qrupunun hüquqşünası Vidadi Fərəcov APA-ya açıqlamasında bildirib ki, baş vermiş hadisənin nəticələri artıq aradan qaldırılıb, su borusu bərpa olunub.


V. Fərəcov onu da söyləyib ki, yolun uçması «Akkord» Şirkətlər Qrupu tərəfindən aparılan tikinti işləri ilə əlaqədar deyil, ərazidən keçən su borusunun korroziyaya uğraması ilə bağlıdır: «Bina təsdiqlənmiş layihə əsasında inşa olunur».


Hüquqşünas heç bir ciddi təhlükə olmadığını, hadisə nəticəsində heç kəsin xəsarət almadığını və problemin iki gün ərzində tam aradan qaldırılacağını söyləyib. O, hadisə nəticəsində avtomobillərin hərəkətində yaranmış qismən məhdudiyyətin də tezliklə götürüləcəyini vurğulayıb.


***

Bu gecə saat 04.00-də Bakıxanov (keçmiş Razin) stansiyasından Komsomol dairəsinə gedən yol çöküb.


Səhər saat 08.00-dən etibarən yolun bir hissəsi bağlanıb, avtomobillərin hərəkəti dayandırılıb. Hazırda hadisə yerində yol polisi işləyir, təmizləmə işləri aparılır. Yol yeni tikilən binanın bünövrəsinin üstünə çöküb və həmin yol ötən gün çatlayıbmış.


Ərazidə tikinti işləri aparan şirkətin hüquqşünası Vidadi Fərəcovun ANS TV-yə verdiyi məlumata görə, yolun altından keçən içməli su borusu partlayıb. Bunun nəticəsində isə ərazidə torpaq sürüşməsi yaranıb. Nəticədə yol çöküb. Xəsarət alan yoxdur.


Günün bütün mövzuları

XS
SM
MD
LG