Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:12

Qobustan qapalı həbsxanasına yeni rəis təyin olunub


Qobustan qapalı həbsxanasının rəisi Əlizadə Hüseynov tutduğu vəzifədən azad edilib. Bu barədə APA -ya Ədliyyə Nazirliyindəki mənbədən məlumat daxil olub.


Məlumata görə, rəis Ədliyyə naziri Fikrət Məmmədovun əmri ilə işdə yol verdiyi nöqsanlara görə vəzifəsindən uzaqlaşdırılıb.
Əlizadə Hüseynov APA -ya açıqlamasında məlumatı təsdiqləyib. Rəis deyib ki, o, vəzifəsindən öz ərizəsi ilə uzaqlaşıb.
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, nazir Fikrət Məmmədovun əmri ilə həbsxanaya artıq yeni rəis təyin olunub. Bu, Ədliyyə Nazirliyi Müalicə Müəssisənin rəis müavini Kazım Abdullayevdir.


Günün bütün mövzuları

XS
SM
MD
LG