Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:16

«Yeni Müsavat» Milli Təhlükəsizlik Nazirliyinə müraciət edib


«Yeni Müsavat» qəzetinin rəhbərliyi Naxçıvan Muxtar Respublikası üzrə bölgə müxbiri Həkimeldostu Mehdiyevin təhlükəsizliyinin təmin olunması üçün milli təhlükəsizlik naziri Eldar Mahmudova məktubla müraciət edib.


Məktubda deyilir: «Naməlum şəxslər vaxtaşırı onun mobil və ev telefonlarına zəng vurub müxbirimizi hədələyir, pozulmuş haqları uğrunda mübarizədən geri çəkilməsini tələb edir, əks təqdirdə daha pis aqibətlə üzləşəcəyi deyilir».


Müraciətdə o da vurğulanıb ki, H.Mehdiyev başına gələnlərlə bağlı oktyabrın 16-da Bakıda keçirdiyi mətbuat konfransından sonra yenə naməlum şəxslər tərəfindən hədələnib.


Qəzet rəhbərliyi nazirə müraciətdə müxbirin həyatına yaranmış real təhlükədən çox narahat olduğunu bildirib. (Media Forum)


Günün bütün mövzuları

XS
SM
MD
LG