Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:35

«Dalğa» hərəkatı Türkiyə və ABŞ səfirliyi qarşısında aksiya keçirib


Oktyabrın 19-da «Dalğa» gənclər hərəkatının bir qrup üzvü Türkiyə səfirliyi qarşısında türk xalqı ilə həmrəylik aksiyası keçiriblər. Onlar ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsinin «erməni soyqırımı» iddialarını tanıyan qətnamə qəbul etməsini pisləyiblər.


Aksiya iştirakçıları daha sonra ABŞ səfirliyi qarşısına gələrək piketin qətnaməsini oxuyublar.


Səfirliyin nümayəndəsi Con Polanşik aksiya iştirakçılarına bildirib ki, «yaranmış vəziyyət ABŞ və Türkiyə münasibətlərinə mənfi təsir göstərir». O, Nümayəndələr Palatasının Komitə tərəfindən qəbul edilmiş qətnamə layihəsini təsdiqləməyəcəyinə ümid ifadə edib.


Günün bütün mövzuları

XS
SM
MD
LG