Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:14

Müxalifət Seçki Məcəlləsiylə bağlı vahid sənəd hazırlığına start verdi


«Görüşdə məqsəd təklifləri daha da təkmilləşdirmək idi»

«Görüşdə məqsəd təklifləri daha da təkmilləşdirmək idi»

Oktyabrın 19-da Demokrat Partiyasının mərkəzi qərargahında Müxalifətin Məşvərət Məclisinə daxil olan qurumların nümayəndələri «Azadlıq» bloku təmsilçisiylə bir araya gəliblər. Seçki qanunlarının təkmilləşdirilməsi ilə bağlı təkliflər layihəsinin müzakirə məqsədi güdən toplantıda Məşvərət Məclisinə daxil olan qurumları Demokrat, Milli İstiqlal və Müsavat partiyaları, «Azadlıq» blokunu isə Vətəndaş və İnkişaf Partiyası təmsil edib.


ADP-nin Mətbuat Xidmətindən «Media forum»a verilən məlumatda tərəflərin təklifləri ilkin müzakirədən keçirdiyi bildirilir. Toplantıda seçki islahatlarıyla bağlı bütün təklifləri ümumiləşdirərək oktyabrın sonunda partiya liderlərinə vahid sənəd kimi təqdim etmək razılaşdırılb.


ADP sədrinin müavini Taliyət Əliyev partiyanın Mətbuat Xidmətinə açıqlamasında bildirib ki, noyabrın 9-da müxalifət partiyalarının iştirakı ilə Avropa Şurası və Azərbaycan hökuməti arasında Seçki Məcəlləsinin təkmilləşdirilməsi müzakirələri aparılacaq: «ADP həmin müzakirələrdə müxalifət partiyalarının vahid mövqedən çıxış etməsinin zəruri olduğunu düşünür. Müxalifətin Məşvərət Məclisi Seçki Məcəlləsinin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlayıb. Bugünkü görüşdə məqsəd təklifləri daha da təkmilləşdirmək, maraqlı olan digər müxalifət partiyalarının mövqeləri ilə uzlaşdırmaq və vahid bir sənəd kimi ortaya qoymaq idi».


Görüşdə «Azadlıq» blokunun da təmsil olunduğuna diqqət çəkən partiya təmsilçisi növbəti toplantıda seçki komissiyalarının paritet əsasda formalaşdırılması təkliflərinin müzakirə olunacağını və bütün tərəflərin maraqlarını ifadə edəcək bir variant üzərində dayanmağa çalışılacağını deyib.


Günün bütün mövzuları

XS
SM
MD
LG