Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:44

«İnflyasiya artımı ölkə rəhbərliyinin gözlədiyindən daha yüksək templə gedir»


«Süni qiymət artımına yol verməmək üçün müəyyən tədbirlər görmək niyyətindəyik»

«Süni qiymət artımına yol verməmək üçün müəyyən tədbirlər görmək niyyətindəyik»

«Azərbaycanda inflyasiya artımı ölkə rəhbərliyinin gözlədiyindən daha yüksək templə gedir» - deyə oktyabrın 19-da Azərbaycanın İqtisadi İnkişaf naziri Heydər Babayev bildirib.


O, ilin sonuna qədər bu prosesə müəyyən düzəlişlərin ediləcəyini istisna etməyib. Lakin o, 2007-ci ilin yekunu üzrə öz gözləmələrini açıqlamaqdan imtina edib.


«Biz istehlakçı qiymətlərinin süni artımına yol verməmək üçün müəyyən antiinflyasiya tədbirlərini həyata keçirmək niyyətindəyik» - deyə nazir bildirib.


Yanvar-sentyabr ərzində inflyasiyanın artım tempi 16 faiz təşkil edib. Belə ki, ərzaq məhsullarının qiyməti 15,3 faiz, qeyri-ərzaq məhsullarının qiyməti 10,3 faiz artıb. Xidmət sahəsinin tarifləri isə 24,6 faiz artıb.


İqtisadi Tədqiqatlar Mərkəzinin araşdırmalarına görə isə bu ilin 9 ayının təhlili göstərir ki, ölkədə inflyasiyanın səviyyəsi 20%-ə çatıb.(Trend)


Günün bütün mövzuları

XS
SM
MD
LG