Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:26

«Milli Məclis PKK-nı terrorçu təşkilat kimi tanımalıdır»


Parlamentin spikeri Azərbaycanın həmişə Türkiyənin yanında olduğunu bəyan edib
Parlamentin spikeri Azərbaycanın həmişə Türkiyənin yanında olduğunu bəyan edib

Parlamentin oktyabrın 19-da keçirilən iclasında bir sıra millət vəkilləri bu təşəbbüslə çıxış edib.


İqbal Ağazadə bildirib ki, İraqda həyata keçiriləcək hərbi əməliyyatlarda Azərbaycan Türkiyə ilə birgə olmalıdır. «PKK terrorçu təşkilat kimi tanınmalı və İraq əməliyyatlarında Azərbaycan ordusu da iştirak etməlidir».


Müsavat deputat qrupundan Pənah Hüseyn bildirib ki, yaranmış şəraitdə Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı sürətləndirilməlidir. O, da Milli Məclisin PKK-nı terrorçu təşkilat kimi tanımasının vacib olduğunu söylədi.


Fazil Qəzənfəroğlu dedi ki, Azərbaycan da Suriya kimi addım atmalı, anti-terror əməliyyatlarında rəsmi səviyyədə Türkiyəni dəstəkləməlidir.


O, «erməni soyqırımı» iddiaları ilə bağlı konqresin komitəsində qəbul olunmuş qətnaməyə görə ABŞ Konqresinə etiraz məktubu göndərməyi təklif etdi.


Konqresə etiraz məktubu göndərilməsi ideyasını hakim YAP-dan olan deputat Mübariz Qurbanlı da dəstəklədi.


Hakim partiyanın digər deputatı Siyavuş Novruzov İraq sərhədində mümkün hərbi əməliyyatlara toxunaraq deyib ki, Türkiyə bu addımı əslində 4 il əvvəl atmalı idi.


Parlamentin spikeri Oqtay Əsədov Azərbaycanın həmişə Türkiyənin yanında olduğunu bəyan edib.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG