Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:26

Buraxılış imtahanları mərkəzləşdirildi


Respublikanın bir sıra orta məktəblərində buraxılış imtahanları mərkəzləşmiş qaydada olacaq

Respublikanın bir sıra orta məktəblərində buraxılış imtahanları mərkəzləşmiş qaydada olacaq

Təhsil naziri Misir Mərdanov «Orta təhsil kursu üzrə buraxılış imtahanlarının aparılması barədə» əmr imzalayıb.


Təhsil Nazirliyindən «Ayna»ya verilən məlumata görə, əmrə əsasən, 2007-2008-ci dərs ilində nazirliyin tabeliyindəki lisey, gimnaziya, Bakı, Gəncə, Sumqayıt, Əli Bayramlı, Mingəçevir, Abşeron, İmişli, Ucar və İsmayıllıdakı ümumtəhsil məktəbləri, peşə liseyləri və onların nəzdindəki ümumtəhsil siniflərində, ali təhsil müəssisələrinin nəzdindəki ümumtəhsil məktəblərində, orta təhsili başa vura bilməyən şəxslər də daxil olmaqla buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada aparılması nəzərdə tutulur.


Tədris müəssisəsi rəhbərlərinə imtahanların keçirilməsi üçün məktəblərin seçilməsi, şagirdlərin davamiyyətinə nəzarətin gücləndirilməsi, sınaq imtahanlarında iştirakın təmini barədə tapşırıqlar verilib.


«Ekspress» yazır ki, «kəmərlərimizi yenə sıxmalı olacağıq. İlin sonuna doğru bahalaşma daha da sürətlənəcək». Bu ilin sonunadək ərzaq məhsullarının qiymətləri 10% bahalaşacaq. İlin əvvəlindən bəri qiymətlər artıq 20% qalxıb.


Mütəxəssislərinin dediklərinə görə, artım əsasən kənd təsərrüfatı məhsulları ilə bağlı olacaq.


Azərbaycan Müstəqil İqtisadi Monitorinq Assosiasiyasının baş eksperti Arif Qurbanov bildirib ki, bütün bunların kökündə payız «bolluğu»nun sovuşması və ən başlıcası, ölkənin kənd təsərrüfatındakı çox ağır vəziyyətlə bağlıdır.


Dövlət Statistika Komitəsindən isə «Ekspress»ə bildirdilər ki, bu təxminlərlə razı deyillər.


«İlin əvvəlindən bəri ərzaq mallarının qiymətlərində artım 15,3% təşkil edib ki, bunun da obyektiv səbəbləri var. Ən başlıca səbəb dünya bazarlarında baş verən proseslər, neftdən tutmuş, taxıladək ən müxtəlif xammal və məhsulların qiymətlərinin bahalaşmasıdır».


«Üç nöqtə» yazır ki, yol fondunun büdcəsi 130 milyon dollar olacaq. «2008-ci ildə yol fondunun büdcəsi 130 milyon manat proqnozlaşdırılır. Maliyyə Nazirliyindən verilən məlumata görə, məqsədli fondun gəlirləri bu ilkindən 20,5 % çox olacaq. Fonda daxil olmaların təqribən 40 %-i idxal olunan avtomobillərdən tutulan aksiz vergisi hesabına formalaşacaq.


Hökumətin hesablamalarına görə, gələn il texniki baxışdan keçən zaman tutulan yol vergisi hesabına fonda 29,5 milyon manat vəsait daxil olacaq.


«2005-ci ilin sonlarından soyuqlaşan Müsavat-AXCP münasibətlərinin, deyəsən, normallaşmağa doğru gedir. Hər iki partiyadakı mənbələrimizdən əldə etdiyimiz məlumata görə, bu barədə rəhbərlik səviyyəsində də razılıq artıq var.


Yaxınlaşma yönündə danışıqlar üçün Müsavat tərəfindən Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılıya, AXCP-dən isə Ali Məclisin sədri Qulamhüseyn Əlibəyliyə xüsusi səlahiyyət verilib». Məlumatı «Yeni Müsavat» yayıb.


Bu məlumatların həqiqəti əks etdirdiyini Qulamhüseyn Əliybəylinin «Gün-səhər» qəzetinə açıqlaması da təsdiqləyir. Q.Əlibəyli bildirib ki, AXCP Seçki Məcəlləsinin təkmilləşdirilməsi ilə bağlı Müsavat Partiyası ilə müzakirələr aparmaq qərarına gəlib. O, Seçki Məcəlləsi ilə bağlı müxalifətin vahid mövqeyini müəyyənləşdirmək üçün Müsavatdan sonra digər partiyalarla görüşlərə start verəcəyini qeyd edib.


Günün bütün mövzuları

XS
SM
MD
LG