Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:32

Oktyabrın 19-dan elektrik borcu olan abunəçilərin işığı kəsiləcək


Ən çox borclu abunəçi isə Əzizbəyov və Sabunçu rayonlarındadır
Ən çox borclu abunəçi isə Əzizbəyov və Sabunçu rayonlarındadır

Bu gündən etibarən «Bakıelektrikşəbəkə» Səhmdar Cəmiyyəti borclu abunəçilərin enerji təchizatını dayandıracaq. Səhmdar Cəmiyyətdən verilən məlumata görə, istehlak olunmuş elektrik enerjisinə görə yaranmış borclarını gec ödəyən abunəçilərin işığı qeyd-şərtsiz kəsiləcək. Cəmiyyətdə deyirlər ki, bu günə əhali qrupu üzrə 80 minə yaxın abunəçinin müxtəlif məbləğdə borcu yığılıb qalıb.


Ən çox borclu abunəçi isə Əzizbəyov və Sabunçu rayonlarındadır. Qurumdan verilən məlumata görə, Əzizbəyov rayonunda yığım səviyyəsi aydan-aya artsa də, ayrı-ayrı qəsəbələrdə aylıq ödəniş yaranmış borcların dörd-beş faizini təşkil edir. Bunlar Binə, Qala, Maştağa qəsəbələridir. Enerji borcuna görə Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi öndə gedir.


«Bakielektrikşəbəkə»dən bildirirlər ki, hazırda cəmiyyətin fəaliyyət göstərdiyi ərazilər üzrə yığım orta hesabla 87 faiz təşkil etsə də, qurum bunu 95-100 faizə çatdırmaq istəyir. 700 min abunəçiyə xidmət göstərən səhmdar cəmiyyət elektrik enerjisinin təchizatını daha da yaxşılaşdırmaq üçün bir sıra obyektlərdə yenidənqurma işləri aparır.


Tarif Şurasının müəyyənləşdirdiyi qiymətlərə uyğun olaraq indi əhali qrupuna 1 kilovat saat elektrik enerjisi 6 qəpiyə satılır. (ANS)


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG