Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:21

Vertolyotun «qara qutusu» Moskvaya göndərilib


Oktyabrın 12-də Xəzər dənizində vertolyot qəzası zamanı həlak olan 6 nəfərdən ikisinin cəsədini hələ də tapmaq mümkün olmayıb. Dünən hava durumu qeyri-sabit olduğuna görə ara verilən axtarış tədbirləri oktyabrın 18-i səhər saatlarından yenidən bərpa edilib. Xəbər «Azadlıq» radiosuna AZAL Dövlət Konsernindən daxil olub.


«AZAL»ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli qəzaya uğramış vertolyotun «qara qutu»sunun oxunmaq üçün artıq Rusiyaya göndərildiyini deyib. «Qara qutu» zədələndiyindən onun Azərbaycanda oxunması mümkün olmayıb.


Oktyabrın 12-də Xəzər dənizində vertolyot qəzası nəticəsində 6 nəfər həlak olub. Onlardan 4-nün cəsədi sudan çıxarılıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG