Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:53

«Xəzərlə bağlı problemin ümumi nizamlamasına nail olmalıyıq»


Rusiya prezidentinin «birbaşa efiri»nə milyona yaxın sual ünvanlanıb

Rusiya prezidentinin «birbaşa efiri»nə milyona yaxın sual ünvanlanıb

Hər il olduğu kimi Rusiya prezidenti Vladimir Putin oktyabrın 18-də televiziya ilə xalqın suallarını cavablandırıb. Dövlət başçısının «birbaşa efiri»nə bir milyona yaxın sual ünvanlanıb.


Putin görüşə futbol üzrə Rusiya yığma komandasını qələbəsi münasibəti ilə azarkeşləri, oyunçuları və komadanın məşqçisi Qus Xiddinki təbriklə başlayıb.


«ANS» xəbər verir ki, Rusiya prezidenti sualları cavablandırarkən bir neçə gün əvvəl başa çatmış Xəzəryanı ölkələrin dövlət başçılarının sammitinə də toxunub. Prezident bildirib ki, Rusiya Xəzəryanı ölkələrin qarşılaşdığı bütün problemlərin nizamlanmasının və Xəzərin resurslarının stabil, proqnozlaşdırılmış, sivil qaydada, eləcə də uzun müddətli istifadəsinin tərəfdarıdır.


«Biz yaxın qonşularımızla Azərbaycan və Qazaxıstanla münasibətlərimizi prinsipcə nizamlamışıq. Lakin hesab edirik ki, Xəzərlə bağlı problemin ümumi nizamlamasına nail olmalıyıq. Bu əsas məqsədimiz olub. Məqsəd diskussiyanın davam etdirilməsi və Xəzəryanı ölkələrlə dostluq və işgüzar əlaqələri qurmaqdır. Bu istiqamətdə vacib və faydalı addımlar atılıb ki, bu da məni sevindirir».


Rusiya prezidenti İraq ətrafında baş verən siyasi proseslərə toxunub. «RİA Novosti» xəbər verir ki, Putin İraqda işğalçı rejimi əbədi saxlamaq yolverilməzdir deyib. Prezident əlavə edib ki, Amerika qoşunlarının ölkədən çıxarılmasının son tarixini bildirmək lazımdır: «Nə qədər ki, bu edilməyib, İraq özünü Amerika çətirinin altında hiss edərək öz silahlı və hüquq-mühafizə qüvvələrini tam inkişaf etdirə bilməyəcək»-deyə, Putin qeyd edib.


Putinin cavab verdiyi son sual belə olub: «Qadın Rusiya prezidenti ola bilərmi». Putinin fikrinə görə, Rusiyanın bütün vətəndaşlarının prezident olmaq şansı var. Daha sonra o, iki yeni qadın nazirləri nəzərdə tutaraq qeyd edib ki, indi Rusiyanın yüksək idarəetmə orqanlarında qadınların sayı artıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG