Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:26

«Amerika Qəbələ radarından da istifadə etmək istəyir»


«Biz hesab edirik ki, bütün vasitələr müzakirə olunmalıdır»

«Biz hesab edirik ki, bütün vasitələr müzakirə olunmalıdır»

«Amerika Qəbələ radarından da istifadə etmək istəyir». Bunu «Azadlıq» radiosuna müsahibəsində ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Daniel Frid deyib. Frid bildirib ki, onlar Qəbələdən də, eyni zamanda Avropada yerləşdiriləcək sistemlərdən də imtina edə bilməzlər: «Biz hesab edirik ki, prezident Putin Qəbələ məsələsini ortaya qoymaqla çox maraqlı təklif edib. Rusiya hökumətinin mövqeyi belədir ki, Azərbaycandakı Qəbələ radarı Avropadakı sistemlərə alternativdir. Biz hesab edirik ki, bütün vasitələr müzakirə olunmalıdır. Polşada yerləşəcək sistem də, Çexiyadakı radar da. NATO-nun vasitələri də, Rusiyanın raketdən müdafiə sistemləri də. Biz bir yerdə işləməliyik, gücümüzü, vasitələrimizi birləşdirməliyik ki, İrandan və ya başqa yerdən gələn təhlükənin qarşısını alaq».


Keçən həftə Moskvada keçirilən görüşdə Rusiya rəsmiləri bir daha bildirdilər ki, Amerikanın Avropada raketdən müdafiə sistemi yaratmasına razı deyillər. Bu, qlobal güc balansını pozur. Moskva bəyan edir ki, Birləşmiş Ştatlar istəsə, Qəbələdəki radar müasirləşdiriləcək. Amma Vaşinqton Qəbələ radarının Avropada yaradılacaq sistemlərə alternativ olmadığını bildirir.


Birləşmiş Ştatlar raketdən müdafiə sistemlərini Polşa və Çexiyada yerləşdirmək istəyir və Moskvanın etirazlarına baxmayaraq sözügedən ölkələrlə danışıqlarını davam etdirir.


Günün bütün mövzuları

XS
SM
MD
LG