Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:07

Müsavat Avropa Liberal-Demokrat İslahatçı Partiyasına üzv olub


Bir neçə ay öncə Müsavat beynəlxalq təşkilata üzv olmaqla bağlı qərar qəbul edib
Bir neçə ay öncə Müsavat beynəlxalq təşkilata üzv olmaqla bağlı qərar qəbul edib

Oktyabrın 18-də Müsavat Partiyası Avropa Liberal-Demokrat İslahatçı Partiyasına (ALDİP) tamhüquqlu üzv olaraq qəbul edilib. Məlumatı «Azadlıq» radiosuna Müsavatın mətbuat xidmətinin rəhbəri Mehman Cavadoğlu verib.


Onun sözlərinə görə, partiya başqanı İsa Qəmbər ALDP-nin qurultayında iştirak etmək məqsədilə Almaniyaya gedib: «Biz bir neçə ay öncə bu beynəlxalq təşkilata üzv qəbul olunmaqla bağlı qərar qəbul etmişdik. İsa Qəmbər bu gün partiyanın qurultayında Müsavatın istəyini toplantı iştirakçılarına çatdırıb. Onun çıxışından sonra məsələ səsə qoyulub və Müsavat təşkilata tamhüquqlu üzv olaraq qəbul edilib».


ALDİP Avropada liberal-demokrat dəyərlərə söykənən siyasi partiyaların birliyidir.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG