Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:23

Türk ölkələri xüsusi xidmət orqanlarının rəhbərləri Bakıya yığışıb


Türkiyə, Qazaxstan və Qırğızıstan təhlükəsizlik xidmətlərinin rəhbərləri Bakıya gəliblər. Səfər Azərbaycanın Mli Təhlükəsizlik naziri Eldar Mahmudovun dəvəti ilə baş tutub. Bu barədə ANS xəbər yayıb.


«Turan» Agentliyinə daxil olan məlumata görə, görüşə həm də bir sıra digər türk ölkələrinin xüsusi xidmətlərinin rəhbərləri dəvət olunub. MTN səfərin məqsədləri barədə rəsmi məlumat verilmir. Lakin əvvəlki illərdə bu ölkələrin xüsusi xidmət orqanları rəhbərlərinin bir neçə görüşü keçirilib. Əvvəlki danışıqların mövzusu terrorçuluğa, qanunsuz miqrasiyaya, narkotrafikə qarşı mübarizə və s. məsələlər olub.


Türkiyə mənbələrinin məlumatına əsasən isə bu dəfə mövzulardan biri kürd problemi ətrafında vəziyyət və Türkiyənin İraqın şimalında hərbi aksiya keçirməsi mümkünlüyü olacaq. Kürd qruplaşmaları bütün türk ölkələrində mövcuddurlar və İraqda vəziyyət kəskinləşərsə, onlar türk nümayəndələri və missiyalarına qarşı hər-hansı aksiyalar keçirə bilərlər.


Günün bütün mövzuları

XS
SM
MD
LG