Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:51

«Fərəməz Allahverdiyevin səhhəti ağır olaraq qalır»


Fərəməz Allahverdiyev bu ilin yanvarında 2 il 6 ay müddətinə həbs edilib
Fərəməz Allahverdiyev bu ilin yanvarında 2 il 6 ay müddətinə həbs edilib

«Bu gün 14 saylı həbsxanada apardığım monitorinq çərçivəsində «Nota bene» qəzetinin əməkdaşı Fərəməz Allahverdiyevlə görüşdüm. Onun səhhəti ağır olaraq qalır». İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov bu sözləri «Turan»ın müxbirilə söhbətində söyləyib.


O, F.Allahverdiyevin hazırda həbsxananın sanitar hissəsində saxlandığını, bağırsağında yırtıq olduğu üçün səhhətində ciddi problemlər yarandığını deyib. Bu məsələ ilə bağlı dövlət başçısı İlham Əliyevə müraciət hazırladığını deyən E.Behbudov, F.Allahverdiyevin cəzasının yarısını çəkdiyi üçün onun həbsdən azad olunmasına yardımçı olmasını prezidentdən xahiş edəcəyini bildirib.


Həbsxanada aparılan monitorinqlə bağlı açıqlama verən E.Behbudov orada 800 məhbusun saxlandığını və 2007-ci ildə ölüm hadisəsinin baş vermədiyini deyib. O, həbsxanda təmir işlərinin aparıldığını da bildirib.


E.Behbudov oktyabrın 19-dan Gəncə, Qazax, Gədəbəy, Tovuz rayon polis idarələrinin müvəqqəti saxlanma təcridxanalarında saxlanma şəraitilə bağlı monitorinq aparacağını da deyib.


«Nota bene» qəzetinin əməkdaşı Fərəməz Allahverdiyev bu ilin yanvarında Daxili İşlər naziri Ramil Usubov və Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun iddiası əsasında 2 il 6 ay müddətinə həbs edilib.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG