Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:35

Avropa Məhkəməsi Azərbaycana qarşı altıncı qərarını çıxarıb


Məhkəmənin qərarı ilə Azərbaycan 3 min avro məbləğində cərimələnib
Məhkəmənin qərarı ilə Azərbaycan 3 min avro məbləğində cərimələnib

İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatı ilə bağlı Azərbaycana qarşı ikinci qərar qəbul edib.


Məhkəmənin mətbuat xidmətindən «Trend»ə bildirilib ki, Jurnalist Araşdırmaları Mərkəzinin rəhbəri Şeyda Nəsibovanın şikayəti üzrə çıxarılan qərarla Azərbaycan dövləti 3 min avro məbləğində cərimələnib.


Şikayətçi «İnsan haqları və azadlıqları haqqında» Konvensiyanın yığıncaqlar və birləşmək azadlığının (maddə 11) və ədalətli məhkəmə araşdırması hüququnun (maddə 6) pozulduğunu iddia edir. Nəsibova təşkilatının qeydiyyata alınması və işinin məhkəmədə ədalətli araşdırılmasını istəyirdi.


Məhkəmənin qərarına əsasən Jurnalist Araşdırmaları Mərkəzi dövlət qeydiyyatına alınmalı və Azərbaycan dövləti ərizəçiyə 1000 avro məbləğində mənəvi təzminat, 2 min avro məbləğində isə məhkəmə xərclərini ödəməlidir.


2001-ci ildə yaranan Jurnalist Araşdırmaları Mərkəzinin məqsədi Azərbaycanda jurnalistikanın inkişafı və kütləvi informasiya vasitələrinin azadlığını təmin etməkdir.


Nəsibovanın işi ilə bağlı çıxarılan qərar Avropa Məhkəməsinin Azərbaycana qarşı qəbul etdiyi altıncı qərarıdır.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG