Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:29

Payızın ilk yağışı paytaxta ilk qayğılarını da gətirib


Oktyabrın 17-də Bakıya bir neçə aydan bəri ilk payız yağışı yağıb

Oktyabrın 17-də Bakıya bir neçə aydan bəri ilk payız yağışı yağıb

Oktyabrın 17-də Bakıya bir neçə aydan bəri ilk payız yağışı yağıb. Ancaq ara-sıra, bəzi yerlərə çox narın yağan bu yağış paytaxta ilk qayğılarını da gətirib: «Yollar bərbad gündədir, işə gəlmək üçün gərək bir saat qabaqcadan evdən çıxaq. İşə bir tanışın maşınında gəlmişik».


4-cü mikrorayon, Hüseyn Seyidzadə küçəsində yaşayan Günel Əmirova deyir ki, havalar pisləşəndə qazın, işığın verilməsində də fasilələr yaranır. Üstəlik, küçədə kanalizasiya problemi də həllini gözləyir.


Bakı Şəhər İcra Hakimiyyəti təsərrüfat şöbəsinin rəisi Xalid Ələkbərovsa deyilənlərlə razılaşmır. Onun sözlərinə görə, əvvəla, şəhərə elə böyük yağış yağmayıb, ikincisi də paytaxtda yağış kanalizasiyaları normal işləyir.


Binəqədi rayonu 8-ci mikrorayon 31-23-cü kvartalda yaşayan Əli Hüseynovsa deyir ki, yağış yağandan evlərinə çox aşağı təzyiqdə vurulan qaz lap kəsilib.


Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşı Xalid Ələkbərov isə şəhərdə qaz, işıq probleminin olmadığını bildirir.


Oktyabrın 18-i günorta saat 12-dən Bakı şəhəri üzrə xəbərdarlıq edilmiş borclu abonentlərin işığı kəsiləcək. Bunu isə «Azadlıq» radiosuna «Bakıelektrikşəbəkə» Açıq Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Tanrıverdi Mustafayev deyir.


Sinoptiklərin məlumatına görə, bu gecə bəzi yerlərdə qısa müddətli yağış yağacaq, sabahsa əsasən yağmursuz keçəcək.


Günün bütün mövzuları

XS
SM
MD
LG