Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:01

«Amerikanın xərçəng xəstəliyi üzərində qələbəsi…»


«Xərçəngin qarşısını almaq üçün hər şeydən əvvəl siqaretlə mübarizə aparmaq lazımdır»

«Xərçəngin qarşısını almaq üçün hər şeydən əvvəl siqaretlə mübarizə aparmaq lazımdır»

Amerikalı alimlər məlumat yayıblar ki, ABŞ-da xərçəng xəstəliyindən ölənlərin sayı 2002-ci illə müqayisədə 2004-cü ildə 2,1% azalıb. Əvvəlki on il ərzində isə azalma yalnız 1% olub. «New York Times»ın yazdığına görə, hər bir faiz 5000 insanın ölümü üstələməsi deməkdir.


Tədqiqat zamanı, 2001-ci ildən başlayaraq ən çox qadınlarda döşdə olan xərçəng xəstəliyinin azalması müşahidə olunub. Ehtimal olunur ki, buna səbəb hormonal terapiyadan istifadəyə qoyulan məhdudiyyətlərdir.


O ki, qaldı düz və yoğun bağırsaqda olan xərçəngə, burda da həm qadınlar, həm də kişilər arasında azalma var. Bu da selikli qişada əmələ gələn şişin xərçəngə çevrilməmiş aradan qaldırılması ilə bağlıdır. Selikli qişada əmələ gələn şiş kolonoskopiya zamanı aradan qaldırılır ki, bu da yalnız yaşı 50-dən çox olan xəstələrə məsləhət görülür.


Bəs görəsən bu azalmalar Amerikanın bu dəhşətli xəstəlik üzərində qələbəsindənmi xəbər verirmi?


«Əgər biz düz yolda olsaq, xərçəng xəstəliyinin gətirdiyi ölüm bundan sonra da azalacaq». Elm və səhiyyə üzrə Amerika Şurasının direktoru Ceff Stayer belə deyir. Onun sözlərinə görə, hər şeydən əvvəl siqaretlə mübarizə aparmaq lazımdır. Maraqlı odur ki, hətta elm və tibb dairəsində də uzun müddətdir ki, xərçəng xəstəliyi epidemiyasının olması ehtimal olunurdu.


Ceff Stayer deyir ki, hazırkı dəlillər bu cür epidemiyanın mövcud olmadığını göstərir. Ölüm hallarının azalması faktı özü bu cür fikirlərə şübhə yaradır. Ceff Stayer deyir ki, məsələn, bizi qorxudurdular ki, xərçəngin inkişafına səbəb modifikasiyaya, yəni dəyişikliyə məruz qalmış qida məhsullarıdır. Amma Amerikada bu cür ərzaqlardan istifadə ildən-ilə artır, xərçəng xəstəliyi isə əksinə azalır.


«Avropada kimyəvi şeylərdən istifadə getdikcə məhdudlaşdırılır. Avropada yox, məhz Amerikada xərçəngin azalması isə onu göstərir ki, buna səbəb kimyəvi preparatlarla mübarizə yox, daha çox erkən diaqnoz, xərçəngin başlanğıc mərhələdə üzə çıxarılması, selikli qişada əmələ gələn şişlərin vaxtında aradan qaldırılmasındadır. Və bir də siqaretdən imtina-biz məhz buna nail olmalıyıq». Elm və səhiyyə üzrə Amerika Şurasının direktoru Ceff Stayer belə deyir.


Klinik onkologiya Amerika cəmiyyətinin prezidenti Nensi Devidzonun fikrincə isə, hökumətin xərçəng xəstəliyi ilə bağlı tədqiqatlara investisiya qoyması öz bəhrəsini verir. Bu prosesi daha da sürətləndirmək və ya ən azı bu tempdə saxlamaq üçün qoyulan investisiyaların həcmini artırmaq lazımdır. Amma 2004-cü ildən sonra Amerikanın bu sahəyə qoyduğu investisiya 12% azalıb.


XS
SM
MD
LG