Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:17

İranda 6 ərəb fəalına edam hökmü verilib


Son aylar İranda asılan ərəb fəallarının sayı da 15 nəfərə çatır
Son aylar İranda asılan ərəb fəallarının sayı da 15 nəfərə çatır

İranın ərəb azlıqlarını təmsil edən «Əl-Əhvaz Demokratik Xalq Cəbhəsi» və «Əl-Əhvaz Ərəb Qurtuluş Cəbhəsi» oktyabrın 14-də verdikləri birgə bəyanatla altı ərəb fəalına edam hökmü verildiyini bildiriblər. Onlar beynəlxalq insan hüquqları təşkilatlarından İran hökumətinə təzyiq göstərməklə edamların qarşısını almalarını tələb edirlər.


Sözü gedən fəallar 2005-ci ilin yaz aylarında İranın ərəb məntəqəsi Xuzistan vilayətində baş verən partlayışlarda günahlandırılırlar. Partlayışlar etnik iğtişaşların yatırılmasından bir neçə gün sonra baş vermişdi.


Bu hadisələrlə əlaqədar son iki il ərzində 100-dən çox insan həbs edilib. Son aylar asılan ərəb fəallarının sayı da 15 nəfərə çatır.


Ən çox ərəb əhalisi olan Əhvaz şəhərinin prokuroru Musa Piriyai bir ay öncə son edamlardan sonra həbsdə saxlanan bir sıra digər fəalların da edam ediləcəyini bildirib. Lakin, o, məhbusların adını çəkməyib.


Adətən ərəb fəalları edamdan əvvəl naməlum yerə aparılırlar. «Əl-Əhvaz Demokratik Xalq Cəbhəsi» və «Əl-Əhvaz Ərəb Qurtuluş Cəbhəsi»nin verdiyi birgə bəyanatda isə ötən həftə Əhvaz həbsxanasından naməlum yerə aparılan altı nəfərin adı çəkilir.


Bəyanatda bildirilir ki, onların çoxu ölkəni tərk etdikdən sonra mühacirətdə yaşayarkən Suriya hökumətinin əməkdaşlığı ilə İrana qaytarılıb.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG