Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 12:56

Azərbaycana birbaşa xarici investisiyalar azalır


«Azərbaycana yatırılan birbaşa sərmayələrin 95 faizi neft və qaz sahəsinin payına düşüb»

«Azərbaycana yatırılan birbaşa sərmayələrin 95 faizi neft və qaz sahəsinin payına düşüb»

MDB respublikalarına və cənub-şərqi Avropa ölkələrinə birbaşa sərmayə qoyuluşu keçən il 69 milyard dollar olub. Bu, indiyəcən görünməyən səviyyə hesab olunur.


BMT-nin 2006-cı ilə dair hesabatında belə deyilir. Buna baxmayaraq, Azərbaycanda əksinə birbaşa sərmayələr azalır.


Hesabatda qeyd edilir ki, MDB-də, xüsusən də Rusiyada investisiyaların əsas hissəsi təbii ehtiyatlara qoyulur.


Hesabatda deyilir ki, təkcə Rusiyaya 29 milyard dollar sərmayə yatırılıb, gələn il bu rəqəmin artması gözlənilir. Hesabatda o da vurğulanır ki, Moskva enerji, meşəçilik, metallurgiya və başqa təbii sərvətlər sahəsinə xarici sərmayə qoyuluşlarına getdikcə daha çox məhdudiyyətlər tətbiq edir. Qazaxıstan da eyni vasitələrdən istifadə olunur.


Azərbaycanda isə birbaşa xarici investisiyalar azalır. Baxmayaraq ki, neft sektoruna sərmayə qoyan şirkətlərin müqavilələrinə yenidən baxılmır, ya başqa xüsusi məhdudiyyətlər müşahidə edilmir.


Hesabatı hazırlayan BMT ekspertlərindən biri Kalman Kolotay deyir ki, bu Bakı üçün yeni situasiyadı, çünki Azərbaycan qabaqkı illərdə MDB-də 5 ən çox sərmayə cəlb edən ölkə arasında olub.


«Əvvəlki illərdə Azərbaycana yatırılan birbaşa sərmayələrin 95 faizi neft və qaz sahəsinin payına düşüb. Bu neft və qaz hasilatı və Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi ilə bağlı olub. İndi artıq kəmərin tikintisi başa çatıb, bu isə 100 milyonlarla dollar sərmayə qoyuluşunun başa çatması deməkdi».


Kolotay deyir ki, Azərbaycan öz iqtisadiyyatını müxtəlifliyini ətmin etməlidir. Yəni yeni perspektivli sahələr yaradılmalıdır ki, xarici investisiya üçün cəlbedici olsun.


«Azərbaycanla bağlı məsələ daha həssasdır. Məsələn, Qazaxıstanda neft və qaz sahəsindən başqa şaxtalar, metallurgiya var. Amma Azərbaycanda belə sərmayə imkanları yoxdur».


Günün bütün mövzuları

XS
SM
MD
LG