Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:15

Neftin 1 barelinin qiyməti 88 dolara çatıb


Maliyyə qrupları ötən ay neftin qiymətinin enməsini pronozlaşdırırdılar
Maliyyə qrupları ötən ay neftin qiymətinin enməsini pronozlaşdırırdılar

Oktyabrın 16-da Londonun «ICI Futures» birjasında «Brent» markalı neftin 1 barelinin qiyməti 84,26 dolları keçib. Ötən illə müqayisədə qiymətlər 47% artıb.


«Turan»ın məlumatına görə, Nyu-Yorkda isə yeni rekord qeydə alınıb - 1 barel neftin qiyməti 88 dollara çatıb. Bu, 1981-ci ildə İranın neft satışını müvəqqəti dayandırmasından sonra ən yüksək göstəricidir.


Qiymətlərin artmasının səbəbi Türkiyənin İraqın şimalında kürd separatçılarına qarşı hərbi əməliyyatlar keçirməsi ehtimalı ilə bağlıdır. Digər amillər Şimal yarımkürəsində qışın yaxınlaşması və ABŞ-da xam neftin və qazanxana yanacağı ehtiyatlarının az olması ilə bağlıdır.


«Citygrour Inc.», «Deutche Bank AG» və «NSBC Noldings Plc» maliyyə qrupları ötən ay neftin qiymətinin enməsini pronozlaşdırırdılar. Onlar bunu benzinə tələbatın azalması və Amerika iqtisadiyyatının inkişaf tempinin zəifləməsi ilə əlaqələndirirdilər.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG