Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:56

BMT Təhlükəsizlik Şurası Abxaziya münaqişəsi ilə bağlı qətnamə qəbul edib


Gürcüstan prezidenti Mixail Saakaşvili BMT Təhlükəsizlik Şurasının Abxaziya münaqişəsi ilə bağlı verdiyi qətnaməni «ilk ciddi addım» adlandırıb. «Münaqişə nəticəsində qaçqınların bütün əmlakı bu gündən BMT-nin qətnaməsi ilə qorunur»-, deyə Saakaşvili bildirib.


Qətnamədə qaçqınların qeyd-şərtsiz doğma torpaqlarına qaytarılması və onların əmlakının toxunulmazlığı qeyd edilib.


«Bu sənəd göstərdi ki, Soçidən, Krasnodardan və ya hər hansı yerdən bura bir çox yad insan gəlir. Məsələn Krasnodar əyalətinin qubernatoru Abxaziyadan əmlak almaqla nəinki Gürcüstan qanunvericiliyini, həm də BMT-nin Təhlükəsizlik Şurasının qətnaməsini pozur. Gürcüstan sülhməramlı mandat çərçivəsində beynəlxalq əməkdaşlıq vasitəsi ilə bunun qarşısını almaq səlahiyyətinə malikdir»,-deyə Gürcüstan prezidenti bildirib.


Onun sözlərinə görə, onların BMT-dən növbəti dəfə Abxaziyada etnik təmizləmə faktının təsdiqlənməsini tələb etməyəcəklər.


Saakaşvili bildirib ki, bu sahədə Gürcüstanın işi daha çoxdur. «Hər şey münaqişənin həlli və insanların evlərinə qayıtması ilə bitməlidir».


XS
SM
MD
LG