Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:50

«Azərbaycan və Ermənistan daha bir qrupda mübarizə aparmayacaq»


FİFA prezidenti Yozef Blatter, 11 sentyabr 2006

FİFA prezidenti Yozef Blatter, 11 sentyabr 2006

«Ermənistan-Azərbaycan futbol matçının ləğv edilməsi barədə UEFA qərarının tam doğru olmaması mümkündür, amma vəziyyət olduqca mürəkkəb idi».


UEFA prezidenti Mişel Platini bunu oktyabrın 16-da Yerevanda keçirdiyi mətbuat konfransında 2007-ci ilin iyununda Avropa Çempionatının seçmə oyunlarında Ermənistan-Azərbaycan futbol matçının ləğvini jurnalistlərə şərh edərkən bildirib.


«Turan»ın «Armİnfo»ya istinadla yaydığı məlumata görə, Platini FİFA prezidenti Yozef Blatterlə Ermənistana ikigünlük səfərə gəlib. Oktyabrın 17-də onlar Bakıda olacaqlar.


M.Platini əlavə edib ki, bu sualı Bakıda da gözləyir. Onun sözlərinə görə, UEFA ekspertləri Ermənistan-Azərbaycan matçı ətrafındakı vəziyyəti diqqətlə öyrənərək, UEFA İcraiyyə Komitəsinə oyunu ləğv etməyi məsləhət görüblər. UEFA-nın siyasətdən kənar olduğunu deyən Platini, oyundan əlavə insan həyatının təhlükəsizliyi faktorunun mövcudluğunu bəyan edib.


«Bu halda niyə Ermənistan və Azərbaycan komandalarının hər birinə heç olmasa, bir xal verilməyib» sualını, UEFA prezidenti qısaca olaraq «oyun yoxdur, xal yoxdur» kimi cavablandırıb.


Y.Blatter isə bundan sonra bir-birinə münasibətdə mürəkkəb xarici siyasətə malik olan ölkələrin bir qrupa salınmasına yol verilməyəcəyi barədə vəd verib: «Söz verirəm ki, belə hal bir daha olmayacaq».


Günün bütün mövzuları

XS
SM
MD
LG