Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 01:02

«Eurovision-2008» müsabiqəsində Azərbaycan nümayəndəsinin iştirakına rəsmi icazə verilib


«Eurovision-2008» beynəlxalq mahnı müsabiqəsində Azərbaycan nümayəndəsinin iştirakına rəsmi icazə verilib. Oktyabrın 15-də «Eurovision» TV-nin direktoru Byorn Eriçsenin İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərova ünvanladığı təbrik məktubunda bu barədə təmsil etdiyi qurum tərəfindən rəsmi qərar qəbul olunduğu diqqətə çatdırılır. «Avropa Yayımları Birliyinin (EBU) Azərbaycanı 2008-ci ildə müsabiqənin iştirakçısı qismində qəbul etdiyini məmnuniyyətlə diqqətinizə çatdırıram», -deyə qeyd edən Byorn Eriçsen İTV-nin yarandığı ilk gündən bu sahəyə böyük diqqət ayırması və müsabiqədə Azərbaycanın iştirakının prioritet istiqamət kimi göstərilməsini təqdirəlayiq hal kimi vurğulayıb.


«Eurovision» müsabiqəsi 1956-cı ildə mahnı müsabiqəsi ideyası kimi ortaya çıxıb. Müsabiqəni təşkil etməklə qurum Avropa məkanında estrada musiqisinin inkişafı, televiziyalar arasındakı proqram mübadiləsinin intensivləşməsi, yayımçılıq sahəsindəki texniki əlaqələrin inkişaf etdirilməsi və ortaq mədəniyyət mühitinin yaradılması kimi məqsədlərə nail olmaq niyyətindədir.


XS
SM
MD
LG