Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:56

Azərbaycan söz azadlığının ən pis vəziyyətdə olduğu ölkələr sırasındadır


Söz azadlığnın vəziyyətinə görə Ermənistan 77-ci, Gürcüstan isə 66-cı yerdə qərar tutub

Söz azadlığnın vəziyyətinə görə Ermənistan 77-ci, Gürcüstan isə 66-cı yerdə qərar tutub

Azərbaycan dünyanın söz azadlığının vəziyyəti ən pis olan 30 ölkəsi sırasında yer alıb. Bu göstərici «Sərhədsiz Reportyorlar» beynəlxalq mətbuat azadlığını müdafiə təşkilatının tərtib etdiyi son reytinqdə əksini tapıb. Azərbaycan 169 ölkə arasında 139-cudu. Eyni zamanda, söz azadlığı sahəsində ölkədə vəziyyətin əvvəlkinə nisbətən pisləşdiyi də vurğulanır.


«Sərhədsiz Reportyorlar» təşkilatının Avropa və keçmiş sovet ölkələri bölməsinin təmsilçisi Elza Vidal deyir ki, Azərbaycan keçən reytinqdə 135-ci idi, bir ilə dörd pillə geriləyib: «Vəziyyət bir az da pisləşib, hələ də Azərbaycanda 7 jurnalist həbsdədi, müstəqil jurnalistlərlə bağlı işlərdə qanun pozuntuları, saxta ittihamlar yer alıb».


Elza Vidal deyir ki, «Sərhədsiz Reportyorlar» jurnalistlərlə bağlı vəziyyətin pisləşməsi haqda Azərbaycan rəhbərliyinə də bir neçə dəfə məktubla müraciət edib, amma yalnız bir dəfə cavab alıblar. Həmin cavabda təşkilatın yanlış faktlara əsaslandığı, həbs edilən jurnalistlərin isə cinayət törətdiyi qeyd edilib.


«Sərhədsiz Reportyorlar»ın siyahısında Ermənistan 77-ci, Gürcüstan isə 66-cı yerdə qərar tutub.


Söz azadlığının ən çox təmin edildiyi ölkələr İslandiya, Norveç, Estoniya, vəziyyətin ən pis olduğu dövlətlər isə İran, Türkmənistan, Şimali Koreya və Eritreyadı.


Günün bütün mövzuları

XS
SM
MD
LG