Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:50

Alim Qasımov Harvard Universitetində konsert verib


Azərbaycanın tanınmış muğam ifaçısı Alim Qasımov ABŞ-ın Harvard universitetinin Sanders Teatr salonunda konsert proqramı ilə çıxış edib. Konsert Ağa Xan Mədəniyyət Fondu tərəfindən təşkil olunub. «Orta Asiyanın Ruhani səsləri» adlı konsert proqramına Alim Qasımov və qızı Fərqanə Qasımova ilə yanaşı, Tacikistanın Bədəxşan Ansamblı, Qazaxıstanın vokal sənətçiləri qatılıb.


Çıxışdan öncə Alim və Fərqanə Qasımovlar barəsində ingilis dilində film nümayiş etdirilib. Alim və Fərqanə Qasımovların çıxışını mindən çox amerikalı izləyib və alqışlarla sənətkarları salamlayıblar.(Turan)


XS
SM
MD
LG