Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:39

Gəncədəki Mərkəzi Poçt şöbəsinə silahlı basqın olub


Gəncə şəhər prokurorluğu faktla bağlı cinayət işi qaldırıb

Gəncə şəhər prokurorluğu faktla bağlı cinayət işi qaldırıb

Oktyabrın 15-də gecə saat 21.30 radələrində Gəncədəki Mərkəzi Poçt şöbəsinə silahlı basqın olub. Basqınçılar Mərkəzi Poçt şöbəsinin gözətçisi, 68 yaşlı Səməndər Səmədov və xəzinədar, 56 yaşlı Bəxtiyar Bayramovu «Makarov» tipli tapança ilə qətlə yetiriblər.


Seyfdən təxminən 37.000 manat pul götürən basqınçılar cinayət törətdikləri silahı hadisə yerində qoyaraq aradan çıxıblar. Silahlı basqında neçə nəfərin iştirak etdiyi məlum deyil. Gəncə şəhər prokurorluğunun böyük müstəntiqi Ərziman Bədəlovun ANS-in bölgə müxbirinə verdiyi məlumata görə, faktla bağlı şəhər prokurorluğunda cinayət işi başlanıb.


«İlkin ehtimala görə, basqın bir neçə şəxs tərəfindən aparılıb. Bunu təsdiqləyən şahidlər də var. Hadisə yerinin müayinəsi zamanı «Makarov» tipli iki silah, giliz aşkar olunaraq götürülüb»müstəntiq bu sözləri «Trend»in müxbirinə deyib.


Günün bütün mövzuları

XS
SM
MD
LG