Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 05:32

Urmiyədə Azərbaycan mədəniyyət mərkəzi qapadılıb


Təbrizdə qapadılan «Dilmac» jurnalının son nömrəsi
Təbrizdə qapadılan «Dilmac» jurnalının son nömrəsi

İran hakimiyyəti Urmiyədə «Bilim Yolu Dərnəyi» mərkəzinin qapısını möhürləyib.


Mərkəz 1989-cu ildən fəaliyyət göstərir, məqsədi Azərbaycan dili və mədəniyyətinin inkişafını dəstəkləməkdir.


«Urmu News» saytının verdiyi məlumata görə, oktyabrın 9-da Urmiyənin ETTELAAT əməkdaşları gözlənilmədən mərkəzə basqın edib, onu bağlayıblar. Hərçənd, o, qanuni şəkildə fəaliyyət göstərirdi və onun qapadılmasının səbəbləri aydın deyil.


Bu elə bir vaxta təsadüf edir ki, mədəniyyət fəallarının məhkəmə və həbsləri artıb, Azərbaycan türkcəsində buraxılan jurnallar yasaq edilib. O cümlədən, uzun ildir Təbrizdə nəşr edilən Azərbaycan və fars dilli ədəbi jurnal «Dilmac» ötən həftə qapadılıb.


«Bilim Yolu Dərnəyi»nin təməlini Urmiyənin tanınmış mədəniyyət xadimlərindən biri, mühəndis Şafei qoymuşdu. Son illər İranın təhlükəsizlik orqanlarının təqiblərinə baxmayaraq, mərkəz fəaliyyətini İran Azərbaycanının başqa şəhərlərinə də yaya bilmişdi. Urmiyədə Azərbaycan dili və ədəbiyyatı üzrə tədris kursları təşkil etməyə nail olmuşdu.


Tarixi araşdırmalar aparan mərkəzin «Azərbaycanın Qərbi Birinci Dünya müharibəsində» adlı simpoziumu qalmaqala səbəb olmuşdu. Həmin konfrans və fotosərgidə Birinci Dünya müharibəsində erməni və assuriyalı yaraqlıların Urmiyə və Salmas əhalisini kütləvi şəkildə qətlə yetirdiyi haqda bəzi tarixi sənədlər aşkar edilmişdi.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG