Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:48

2+2 formatlı görüşdə razılıq əldə olunmayıb


Putin Raysla Geytsi 40 dəqiqə gözlədəndən sonra görüşə kəskin monoloqla başlayıb
Putin Raysla Geytsi 40 dəqiqə gözlədəndən sonra görüşə kəskin monoloqla başlayıb

Oktyabrın 12-də Moskvada Rusiya və Amerika rəsmilərinin 2+2 formatında görüşü olub. Birləşmiş Ştatların Dövlət katibi Kondaliza Rays, Müdafiə naziri Robert Geyts rus həmkarları Segey Lavrov və Anatoli Serdyukovla görüşüblər. Rəsmilər Ağ Evlə Kremlin razılığa gələ bilmədikləri bir neçə məsələni, o cümlədən Vaşinqtonun Avropada raketdən müdafiə sistemi planını müzakirə ediblər.


Ancaq görüşdə razılıq əldə olunmayıb, nəticə budur ki, təkcə Qəbələ RLS Amerikaya lazım deyil. Rusiyanın Müdafiə naziri Anatoli Serdyukov deyib ki, Qəbələ RLS Vladimir Putinin dediyi kimi, lazımi missiyanı yerinə yetirməyə hazırdır, bunu Qəbələdə olan amerikalılar da görüblər. Və Amerika isətə Rusiya Qəbələdəki stansiyanı müasirləşdirilməyə hazırdır.


Amerikanın Müdafiə naziri Robert Geyts bildirib ki, Azərbaycanda olan ekspertlərin rəyiylə tam tanış deyil, amma məlumata görə, Qəbələdəki radarın çoxlu faydalı funksiyaları var. Ancaq Qəbələ RLS Avropada yerləşdiriləcək raketdən müdafiə sisteminin işini görə bilməz. Yəni Amerika Avropada raketdən müdafiə sistemi planından imtina etmir.


Rusiya isə Amerikaya cavab addımı atmalı olduğunu deyir. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov, Kondaliza Rays və Robert Geytslə görüşdən sonra deyib ki, Amerika Avropada raketdən müdafiə sistemi yaratsa, Rusiya təhlükənin qarşısını almaq üçün tədbir görməli olacaq.


Moskva görüşünün gərgin olacağı əvvəldən məlum idi. Çünki Amerikanın Dövlət katibi Kondaliza Rays Moskvaya yola düşəndə də deyib ki, Azərbaycandakı stansiyadan istifadəyə böyük maraq var. Amma Amerika Çexiya və Polşada raketdən müdafiə sistemi yaratmaq planından imtina etmək niyyətində deyil. Rusiya isə bu planın reallaşmasına imkan vermək fikrində deyil və planın ləğv olunmasını istəyir.


Bu gün Putin Raysla Geytsi 40 dəqiqə gözlədəndən sonra görüşə kəskin monoloqla başlayıb. Deyib ki, Rusiya Avropada Adi Silahlara nəzarət haqqında razılaşmadan çıxa bilər.


Raketdən müdafiə sistemindən danışanda Putin deyib ki, o, ümid edir ki, Amerika planını reallaşdırmağa tələsməyəcək: «Əminəm ki, həmkarlarınızla raketdən müdafiə problemindən danışmaq imkanınız olub və olacaq. Mən bildiyimə görə, əməkdaşlığımızın inkişafı barədə sizin öz fikriniz var. Yeganə vurğulamaq istədiyim şey odur ki, ümid edirik ki, bu çətin danışıqlarda siz Şərqi Avropa ölkələriylə əvvəlki razılaşmalarınızın üstünə düşməyəcəksiniz».


Putin deyib ki, Avropada raketdən müdafiə sistemi yaratmaqla Vaşinqton Moskvayla münasibətlərini korlaya bilər.


Amma danışıqlardan sonra Sergey Lavrov onu da bildirib ki, Amerika Rusiyaya başqa variant təklif edib və Moskva təklifi götür-qoy edəcək. Robert Geyts deyib ki, Amerika raketdən müdafiə sistemi məsələsini hələ ki, açıq saxlamaq qərarına gəlib. Kondaliza Rays isə bildirib ki, onların Avropada raketdən müdafiə sistemi planı qüvvədə qalacaq, amma bundan sonra Rusiyanın narahatlığı da nəzərə alınacaq. Rays bildirib ki, görüşdə onlar rusları narahat edən suallara cavab verməyə çalışıblar və inanırlar ki, Amerika planının məğzini, hansı təhlükəylə üzləşdiyini Rusiyaya çatdıracaq.


Tərəflər danışıqları yaxın 6 ay ərzində davam etdirmək niyyətindədirlər.


Birləşmiş Ştatlar deyir ki, Avropada raketdən müdafiə sistemi yaratmaqla nadinc ölkələr - İran, Şimali Koreya təhlükəsinin qarşısını almaq istəyir. Rusiya isə belə bir sistemin Avropada qurulmasıyla qlobal güc balansının pozulacağını deyir. Rusiya Avropada qurulacaq müdafiə sistemi əvəzinə Azərbaycandakı Qəbələ RLS-dən birgə istifadəni təklif edir.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG