Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 11:27

Prezidentin əmisi azad edilib


İnquşetiya Respublikasının prezidenti Murat Zyazikovun bu ilin martında Nazranda oğurlanmış əmisi azad edilib.


Oktyabrın 11-i axşam naməlum şəxslər 79 yaşlı Urusxan Zyazikovu Barsuki kəndindəki məscidin yaxınlığında sərbəst buraxıblar.


İnquşetiya hökuməti iddia edir ki, Urusxan Zyazikovu pul vermədən azad ediblər. Müxalif Inqushetiya.ru saytının məlumatına əsasən isə prezidentin qohumunun buraxılması üçün son üç ayda hissə-hissə pul ödənilib.


İnquşetiyanın prokuroru Yuri Turıqin deyir ki, Urusxan Zyazikovun oğurlanmasında çeçen yaraqlıların liderlərindən biri - Doku Umarovun əli ola bilər.


XS
SM
MD
LG