Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:31

ABŞ müxalifət fəallarını saxlayan Belarus hökumətini tənqid edib


Birləşmiş Ştatlar «Avropa Marşı» adı altında oktyabrın 13-də keçiriləcək aksiya ərəfəsində Belarusda bir neçə müxalifət fəalının saxlanmasını pisləyib.


Bununla yanaşı, ABŞ Dövlət Departamentinin nümayəndəsi Tom Keysi Minskin yürüşə razılıq verməsini alqışlayıb.


O, Belarus hökumətini vətəndaşların yürüşdə iştirakına maneçilik törətməməyə, Belarusun təhlükəsizlik qüvvələrini isə aksiya zamanı təmkinlik göstərməyə çağırıb.


«Avropa Yürüşü» ölkənin Avropa Birliyinə üzvlüyünə dəstək əlaməti olaraq keçirilir.


Günün bütün mövzuları

XS
SM
MD
LG