Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:12

«Qanundakı boşluq hakimiyyətin əlində vasitəyə çevrilməməlidir»


«Diffamasiya sahəsində Azərbaycanda vəziyyət getdikcə mürəkkəbləşir»

«Diffamasiya sahəsində Azərbaycanda vəziyyət getdikcə mürəkkəbləşir»

ATƏT Cənubi Qafqaz ölkələrində mətbuatın problemlərinin həlli üçün mexanizmlər axtarır. Bunu ATƏT-in Mətbuat Azadlığı Bürosunun baş məsləhətçisi Aleksandr Boldırev «Azadlıq» radiosuna müsahibəsində bildirib. Onun sözlərinə görə, Azərbaycan, Gürcüstan və Ermənistanın media sahəsində ortaq çətinlikləri var. Əsasən də KİV-in özünü tənzimləməsi və yeni dövrün şərtlərinə uyğunlaşma problem olaraq qalır.


Azərbaycandan bəhs edən ATƏT rəsmisi son aylarda ölkədə 7 jurnalistin həbsindən, bir neçə qəzetə qarşı məhkəmə işinin qaldırılmasından xəbərdar olduğunu bildirib. ATƏT-in Mətbuat Azadlığı Bürosu «Diffamasiya haqqında» qanunun qəbul edilməsi üçün bir neçə dəfə rəsmi Bakıya müraciət edib. Boldırev:


«Etiraf edirik ki, böhtana görə cinayət məsuliyyəti məsələsi təkcə Azərbaycana aid problem deyil. Bu məsələ bir çox ölkələrdə hələ lazımi hüquqi mexanizmini tapmayıb. Lakin bu boşluq hakimiyyətin əlində vasitəyə çevrilməməlidir. Azərbaycanda bu sahədə vəziyyət getdikcə mürəkkəbləşir və problemin həllinə çalışmaq lazımdır». ATƏT rəsmisi jurnalistləri də məsuliyyətli olmağa çağırıb.


Boldırev deyir ki, Cənubi Qafqaz ölkələri hələ KİV-in özünü tənzimləməsi prosesinin başlanğıc mərhələsindədirlər.


Oktyabrın 11-dən ATƏT-in Mətbuat Azadlığı Bürosu Tbilisidə cənubi Qafqaz ölkələrinin media problemlərinə həsr olunmuş dördüncü konfransını keçirir. Tədbirə 50-yə yaxın jurnalist və media mütəxəssisi qatılıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG