Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 18:04

Rafiq Tağı və Samir Sədaqətoğlunun azad olunması tələb edilir


Rafiq Tağı və Samir Sədaqətoğlunun dərhal və şərtsiz azad edilməsi tələb olunur

Rafiq Tağı və Samir Sədaqətoğlunun dərhal və şərtsiz azad edilməsi tələb olunur

Beynəlxalq hüquq müdafiə təşkilatı «Amnesty International» Azərbaycan hakimiyyətini «öz fikirlərini sərbəst ifadə etdikləri üçün həbs olunan vicdan məhbuslarını dərhal və şərtsiz azad etməyə çağırıb». Bu barədə təşkilatın «Turan» agentliyinə göndərilən bəyanatında deyilir.


Sənəddə islam dəyərlərinin ünvanına tənqidi fikirlərin yer aldığı 2006-cı ildə «Sənət» qəzetində dərc olunan «Avropa və biz» məqaləsinə görə 3 və 4 il müddətinə azadlıqdan məhrum edilən məqalə müəllifi Rafiq Tağı və qəzetin redaktoru Samir Sədaqətoğlu siyasi məhbus adlandırılıblar.


«Bu iki şəxsi həbs və məhkum edərək, Azərbaycan ifadə azadlığına riayət edilməsi haqqında öz beynəlxalq öhdəliklərini pozub», - deyə «Amnesty International» təşkilatının Azərbaycan üzrə əməkdaşı Lorens Broers bildirib.


«Rafiq Tağı və Samir Sədaqətoğlunun dərhal və şərtsiz azad edilməsi Azərbaycan hakimiyyətinin insan hüquqları və ifadə azadlığı prinsiplərinə riayət etməsi barədə siqnal ola bilərdi», - deyə Broers qeyd edib.


Eyni zamanda, o, Azərbaycan KİV-lərinin nümayəndələrini din və mədəniyyət kimi həssas mövzulara toxunarkən məsuliyyətli olmağa çığırıb. Dini və digər liderlər cəmiyyətdəki gərginliyi aradan qaldırmaq və zorakılığa yol verməmək üçün səy göstərməlidirlər.


Günün bütün mövzuları

XS
SM
MD
LG