Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Təbrikdə bildirilir ki, müstəqillik illərində mütərəqqi islami dəyərlərə qayıdış cəmiyyətin əxlaqi-mənəvi yüksəlişinə, xalqın bütövlüyü və birliyinə xidmət göstərib:
«İnanıram ki, müqəddəs dinimiz yolunda nəcib əməlləriniz, Azərbaycanın əmin-amanlığı və tərəqqisi naminə etdiyiniz dualar sayəsində Ulu Tanrı öz mərhəmətini və şəfqətini xalqımızdan əsirgəməyəcək».
Prezident Azərbaycan xalqına firavanlıq, ailələrində xoşbəxtlik arzulayır.