Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:54

Hakimiyyət jurnalistləri bayram ərəfəsində azad etməyə çağırılır


«Ölkə insan hüquqlarına hörmət etmək öhdəliyi götürüb, lakin hələ də bir şey etməyib»
«Ölkə insan hüquqlarına hörmət etmək öhdəliyi götürüb, lakin hələ də bir şey etməyib»

Beynəlxalq söz azadlığını müdafiə təşkilatı «Sərhədsiz reportyorlar» Azərbaycan hakimiyyətini məhkum edilmiş jurnalistləri Ramazan bayramı münasibətilə azad etməyə çağırıb. Bu haqda «Turan» agentliyi məlumat yayıb. «Dözümlülük və rəhm nümayiş etdirməyin lazım olduğu bayramla əlaqədar Azərbaycan hakimiyyətini mərhəmət göstərməyə və hazırda həbsxanada olan məhkum edilmiş bütün yeddi jurnalisti azad etməyə çağırırıq», - deyə təşkilatın bəyanatında bildirilir.


Təşkilat bəyan edir ki, onlar və ATƏT dəfələrlə Azərbaycanı jurnalistlərə qarşı zorakılığa görə tənqid edib: «Ölkə insan hüquqlarına hörmət etmək öhdəliyi götürüb, lakin hələ də bir şey etməyib. İndi vəziyyəti yaxşılaşdırmaq və müstəqil KİV-lərə qarşı daimi təzyiqlərə son qoymaq üçün məqamdır. İnsanların öz evlərində toplaşdığı və orucluğun başa çatmasını qeyd etdiyi Ramazan bayramı ilə əlaqədar bizim fikirlərimiz bu bayramı ailələrindən uzaqda keçirəcək həmin yeddi jurnalistlə birlikdədir. Jurnalistlər böhtan və təhqir ittihamları ilə məhkum ediliblər. Bu ittihamların Cinayət Məcəlləsindən çıxarılması olduqca vacibdir, çünki onlar daima müxalif KİV-ləri susdurmaq üçün istifadə olunur».


Hazırda Azərbaycan həbsxanalarında yeddi jurnalist cəza çəkir. Onların hamısı iki ildən beş ilədək azadlıqdan məhrum ediliblər.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG